27 
Fev
2024
10:59
38
89
2181
Virtual karabakh

DSMF və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO

27 Fev, 2024
10:59
2181

DSMF və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığa dair memorandum imzalanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “McDonald’s Azərbaycan” QSC arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.

DSMF-nin İdarə heyətinin sədri Himalay Məmişov bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlığı nəzərdə tutur. Tərəflər əhalinin sosial cəhətdən həssas kateqoriyaya aid insanlara, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Vətən müharibəsində mübarizə aparan şəhid və qazilərin övladlarına dəstək olmaq məqsədilə sosial layihələr həyata keçirəcək.

“McDonald’s Azərbaycan” QSC-nin baş direktoru Oskar Boqopolskiy qeyd edib ki, sosial məsuliyyət “McDonald’s” şirkətinin korporativ siyasətinin vacib hissəsidir və DSMF-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini daha da genişləndirir.

“Biz bu əməkdaşlığın uzunmüddətli olacağına əminik və nəzərdə tutulan layihələrin başlanmasını səbirsizliklə gözləyirik. Bu barədə ictimaiyyətə daha ətraflı məlumat təqdim ediləcək. Şəhidlərin və Vətən müharibəsinin qazilərinin övladlarına dəstək olmaq hər birimizin mənəvi borcudur və biz bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq”, - O.Boqopolski qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri