Xəbər verdiyimiz kimi, mayın 25-də müğənni Xəyyam Nisanovun toy mərasimi baş tutub.
Oxu.Az-ın məlumatına görə, mediaya qapalı keçirilən məclisdə Azərbaycanın tanınmış simaları ilə yanaşı, Rusiya estradasının məşhur ifaçıları - Leonid Aqutin və Ani Lorak da iştirak edib.
Əməkdar artist Abbas Bağırov L.Aqutinin çıxışı zamanı əcnəbi ulduzun repertuarında yer alan “Polovina serdsa” adlı mahnı ilə muğamı sintez edərək ekspromt ifa təqdim edib.
Ulduzların çıxışı sosial şəbəkələrdə maraqla qarşılanıb.
A.S.
www.oxu.az