“High Life Fashion & Model Academy”-nin prezidenti Mübariz Allahverdizadə və şirkətin baş direktoru Aqil Məmiyev iki gün öncə İstanbuldan vətənə dönüblər.
Oxu.Az xəbər verir ki, “High Life Fashion & Model Academy” “Miss Eurovision” beynəlxalq gözəllik müsabiqəsinin Azərbaycanda da keçirilməsi üçün razılıq əldə edib.
Belə ki, şirkət hər il 58 və daha çox ölkə arasında keçirilən “Miss Eurovision” müsabiqəsinin lisenziyasını alaraq bu il yarışmaya Azərbaycanın da adını yazdırıb.
“Ümidvarıq ki, Azərbaycan bütün yarışmalarda olduğu kimi bu yarışmada da birincilərin siyahısında olacaq” – deyə, şirkətin prezidenti Mübariz Allahverdizadə bildirdi.
Aytən Sadıqzadə
www.oxu.az