Aktrisa Xuraman Əlizadə xoşladığı kişi obrazını təsvir edib.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, o, “Hər şey daxil”də sərt xasiyyətli bəyləri bəyəndiyini deyib:
“Hər zaman düzünü söyləməyi sevmişəm. Hazırda qarşımda elə bir seçim yoxdur ki, deyim bu pisdir, o yaxşı. Amma ümumi bəyəndiyim kişi obrazını deyə bilərəm. Kişi əsl kişi kimi, sözükəsərli olmalıdır. Bədən cəhətdən mənə uyğun gəlməlidir. Görkəm baxımından hər hansı tələbim yoxdur. Xasiyyəti gözəl olsun. Pul qazanmalıdır. Evi mütləq olmalıdır. Maşını olmasa da olar. Özüm bir balaca da olsa qazanıram. Qarşıma çıxan kişi elə biri olsun ki, mən evə pul gətirəndə o da gətirsin”.