Rusiyada məşhur olan 25 yaşlı azərbaycanlı bloqer Hüseyn Həsənovu “Instaqram”da 13 milyondan çox insan izləyir. O, “YouTube” üçün həyacan və adrenalin dolu videolar çəkir, dəbdəbəli avtomobillərini izləyicilərinə bağışlalaması ilə ad çıxarıb.
Oxu.Az əsl sevgiyə inanan bloqer Hüseyn Həsənovun Rusiyada dərc olunan “Peopletalk” nəşrinə verdiyi müsahibəsini təqdim edir:

- Bir qıza verdiyin ən qeyri-adi hədiyyə nə olub?
- Dağlarda at çapmaq imkanı.
- Ən bahalı əşyanız hansıdır?
- “Gucci”dən aldığım 8 510 manatlıq gödəkcə.
- Ən bahalı reklam postundan qazandığınız məbləğ nə qədər olub?
- 161 min manat.
- Həyatınızın ən gözəl anı hansı olub?
- Anama avtomobil hədiyyə edəndə.
- Lentə aldığınız ən yaxşı videonuzu qeyd edə bilərsiniz?
- Mənim ən uğurlu və çox pul qazandığım videoçarxım “Hüseyn Həsənovla vayn”dır.