Son günlər cəsarətli çimərlik geyimləri ilə gündəmi zəbt edən Afaq Aslan Ramazan ayında qapanacaq.
Oxu.Az xəbər verir ki, müğənninin Teleqraf.com saytına açıqlamasında dediyinə görə, bütün ayı olmasa da, 10-20 gün oruc tutur:
“Oruc tutduğum müddətdə bütün qaydalara əməl etməyə çalışıram. Söyüş söymürəm, yemək yemirəm. Bir sözlə, insan gərək pis işlərlə məşğul olmasın. Ancaq yaxşı əməllərlə məşğul olmalısan. Amma qapalı geyinmək bir az çətindir. Bununla belə, orucluq ayı müddətində qısa geyinmirəm, şalvarda oluram”.
Müğənni deyib ki, Cənnət və Cəhənnəmə inanımır:
“Hətta Quranda da bu haqda yazılıb. Pis insanların yeri Cəhənnəmdir. Amma onu biz bilmirik ki, kim yaxşıdır, kim pisdir. Onu yəqin ki, Allah özü görür. Allah özü bilir ki, mən Cənnətə və ya Cəhənnəmə düşəcəyəm. Öz əməllərimi necə qiymətləndirə bilərəm ki?”.