Bred Pittin sevgilisi İnes de Ramonun aktyora bəslədiyi hisslərin səmimi olmadığına dair iddialar ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Müzakirələrə səbəb saç stilisti Loren Zanolettinin müğənni Teylor Sviftin toyundan əvvəl Bred Pitt və İnes de Ramonun birgə fotolarını sosial şəbəkədə paylaşması olub. Kadrlardan birində dizaynerin gərgin bir təbəssümlə aktyordan bir qədər kənara çəkilməsi istifadəçilərin diqqətindən yayınmayıb. Bəzi internet istifadəçiləri İnesin Bred Pittə qarşı soyuq davrandığını və bu münasibətin səmimi olmadığını güman ediblər.
"İkinci şəkildə o, özünü kənara çəkir", "Onların kənardan bir-birlərinə qarşı narahatlıq hiss etdikləri görünür, çox qəribədir", - deyə istifadəçilər "X" platformasında fikirlərini bölüşüblər.
Bununla yanaşı, aktyorun sevgilisini müdafiə edənlər də tapılıb. İzləyicilərdən biri bu vəziyyətə fərqli bir izah gətirib: "Ola bilsin ki, o, dodaq boyasının Pittin üzünə bulaşmasından ehtiyat edib və buna görə də həmin kadrda ondan aralı dayanıb".