Britni Spirs Las-Veqasda verdiyi konsert zamanı səhnədə yıxılıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, 33 yaşlı ifaçının mahnı ifa etdiyi anda ayağı büdrəyib və yerə yıxılıb. Özünü itirməyən Britni heç nə olmamış kimi ifasına və rəqsinə elə yerdəcə davam edib. Daha sonra rəqqasların köməkliyi ilə ayağa qalxıb.
Həmin görüntüləri təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az