Son vaxtlarda internetə yerləşdirilən açıq-saçıq şəkilləri və Chris Martin ilə eşq münasibətləri yaşadığı iddia edilən Cennifer Lourens yenidən gündəmdədir.
Oxu.Az xəbər verir ki, aktrisa “The Hunger Games: Mockingjay - Part 1” adlı filmin Londonda keçirilən qala gecəsində əvvəlcə qırmızı əlbisə ilə tədbirə qatılıb. O, qala gecəsinin ardınca təşkil edilən partidən çıxarkən sözün əsl mənasında biabır olub.
Belə ki, 24 yaşlı Lourens həmin partiyə ağ rəngli və cürətkar sinə dekolteli libasla qatılıb. Çıxışda gənc müğənni Lordinin də yer aldığı bir neçə nəfərlə avtomobilə minən aktrisa bir anda gözlənilməz vəziyyətə düşüb. Əlbisəsinin həm sinə dekoltesi, həm də dərin yarığı açılan Lourens yanındakılarla gülərək söhbət etməyə davam edib.
Aytən Sadıqzadə
www.oxu.az