“Cirque du Soleil”in San-Fransiskoda bədbəxt hadisə nəticəsində ölən əməkdaşı əfsanəvi şounun təsisçilərindən birinin oğludur.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, sirkin bəyanatında ölənin 42 yaşlı Olivye Roşettin olduğu bildirilir. Onun ölümü haqqında atası, şounun təsisçilərindən biri olan Jil Sent-Kura məlumat verib.
Bədbəxt hadisəyə səbəb iş yerində baş verən qəza göstərilib. Faciə ilə əlaqədar tamaşa ləğv edilib.
A.S.
www.oxu.az