Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Orkestri dünyaca məşhur “Oppa Gangam Style” mahnısını ifa edib.
Oxu.Az xəbər verir ki, orkestr bu mahnını tədbirlərin birində tamaşaçılara çatdırıb. İfa sosial şəbəkələrdə də yayılıb və böyük marağa səbəb olub.
Nəzərinizə çatdıraq ki, koreyalı reper PSY-ın ifadə etdiyi Gangam Style Youtube-da ən çox baxınan klipdir və bu gün üçün baxış sayı 1 milyard 700 milyonu ötüb.
www.oxu.az