Müğənni Xatun Əliyevanın sənət dostlarını parodiyasından sonra yaranan qalmaqal hələ də davam edir.
Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, xalq artisti Nazpəri Dostəliyeva, müğənni Könül Kərimovadan sonra Elariz Məmmədoğlu da həmkarına etirazını bildirib.
E.Məmmədoğlu “ATV Maqazin”də Xatuna xəbərdarlıq edib:
“Parodiya etməyinin əleyhinəyəm. Xatun peşəkar aktrisa deyil. Saf niyyətlə etməsi də xoşa gəlmir. Bir masa ətrafında əyləşib zarafatlaşanda parodiya etməsi normal olardı. Efirdə eləməyini xoşlamadım. Məni parodiya edənlər peşəkar aktyorlardır. Bəyənmədiyimə də açıq demişəm ki, xoşuma gəlmədi. Xatun, sən peşəkar aktrisa deyilsən. Bu parodiyaya yox, təhqirə oxşayır, etmə”.
Qeyd edək ki, Xatun “Şirin çay” verilişində həmkarlarını parodiya etdikdən sonra N.Dostəliyevanın onun qardaşına zəng vuraraq “Bacına de ki, onu nəsli qarışıq Azərbaycandan köçürdərəm”, - deyə təhdid etdiyini söyləmişdi.