Elnur Hüseynovun rəsmi internet saytı müğənni haqqında 10 maraqlı fakt toplayıb.
Oxu.Az xəbər verir ki, bu faktlar Elnurun iki həftəlik Avropa turnesi əsasında əldə olunub. Beləliklə, 14 gün ərzində Elnur bunları edib:
1. Amsterdam, Moskva və Riqada “Canavar saatı” adlı “Eurovision” öncəsi partilərdə 3dəfə çıxış edib.
2. 7 ölkəyə səfər edib (Latviya, Macarıstan, Hollandiya, Belçika, Yunanıstan və Rusiya).
3. Televiziya şoularında “Canavar saatı” partilərindən olan reportajlarda və müsahibələrdə 12 dəfə göstərilib.
4. 15 uçuş həyata keçirib.
5. 20-dən çox müsabiqə iştirakçısı ilə görüşüb: Macarıstandan Boggie, Belçikadan Lic Nonnet, Rusiyadan Polina Qaqarina kimi və başqaları
6. Avropa kanalları, radio və rəqəmli kütləvi informasiya vasitələrinə 50-dən çox müsahibə verib.
7. Fanatlarına 100-dən çox avtoqraf verib.
8. 40 stəkandan çox kofe içib.
9. Selfiləri çıxmaq şərtilə, 2500-dən çox şəkil çəkdirib.
10. Küçədə 17 pişik və itlə qarşılaşıb.
Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də Vyanada keçiriləcək.