Yazdığı şeirləri ilə daima müzakirə olunan Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə yeni şeirini paylaşıb.
Oxu.Az həmin şeiri təqdim edir:
Qazanım daşdı,
Kəfini yedim.
qapağın açdım,
üzünü yedim.
Yedim, yedim,
dibini yedim.
Qazıb, qazıb,
deşdim dibini
qazanın.
Kəfkirim azıb
Dibi deşik qazandan
çıxdı havaya.
Mən də baxdım
kəfkirdən
deşik-deşik dünyaya.
Qonaq olduq
həsrətini çəkdiyim
röyaya.
Buzlanmış
şaxtadan beynim
isti şorbayadır meylim.
Köhnə saat kəfkiri
çalırdı tamam.
Təzə dərdin yaşları
burnumdan daman.
Günahları içimdə
mən boğan adam.
Köhnə saat kəfkiri
vur, vur
vur əqrəbi.
Çalsın, çalsın.
Saniyələr səs salsın
Burnum axır,
Fürsət baxır,
Köhnə çaxır,
Vaxt yetişir
Kəfkir vurur tamamı
Əqrəb çalır zamanı.
Səs düşəndə axanı
Çəkin, udun,
Silin, atın,
burnunuzdan pisləri
Köhnə saat kəfkiri
görür hissləri,
örtür bizləri.
A.S.
www.oxu.az