Ötən gün Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision-2014” mahnı müsabiqəsinin açılış mərasimi baş tutub.
Oxu.Az eurovision.tv saytına istinadən xəbər verir ki, müsabiqə iştirakçıları qırmızı xalıdan keçərək mərasim zalına daxil olublar.
Təmsilçimiz Dilarə Kazımova sarı rəngli geyimi və buruq saçları ilə diqqət çəkib.
“Mənim mahnım yalnız sevgidən ibarət deyil, burada dərin məna var. O, bütün insanlığa olan sevgi haqqındadır”, - deyərək media nümayəndələri və təmsilçilər ilə öz təəssüratlarını bölüşüb.
Açılış mərasimindən olan fotoları sizə təqdim edirik: