“Zuhal Topalla” evlilik verilişinə qatılan və bir-birini bəyənən iştirakçılar - türkiyəli Baha ilə azərbaycanlı Naz arasında canlı yayımda mübahisə yaşanıb.
Oxu.Az xəbər verir ki, Baha zənglərini cavabsız buraxan, iş görüşməsində olduğunu deyən Nazın yalan danışdığını iddia edib.
“Biz verilişdəki digər iştirakçılarla bərabər görüşməli idik. Axşam saat 11-də Nazın evinə getdim, qapının zəngini çaldım, cavab verən olmadı. Telefonuna dəfələrlə zəng edəndən sonra iş görüşməsində olduğunu söylədi. Gecə saat 3-ə qədər evinin yanında gözlədim, gəlmədi. Bu saatda iş görüşməsi olarmı? Bir daha mənim gözümə görünmə!”, – deyə Baha əsəbi halda studiyanı tərk edib.
A.S.
www.oxu.az