Xalq artisti Faiq Ağayev 29 il sonra sinif yoldaşları ilə görüşüb.
Oxu.Az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib.
“46 saylı məktəbin “10 A” sinifinin şagirdləri. Son zəngdən düz 29 il sonra görüşdük. Çox səmimi, hərarətli, doğma bir ortam var idi. O qədər söhbətlər etdik ki! Bir ümman!”, - deyə ifaçı “Facebook” səhifəsində yazıb.
A.S.
www.oxu.az