Xalq artisti Faiq Ağayev prodüser Toliklə barışması haqqında “Facebook” səhifəsində yazı paylaşıb.
Oxu.Az xəbər verir ki, müğənni prodüserlə aralarındakı söz-söhbətə aydınlıq gətirib:
“Son zamanlar bəzi mətbu orqanlarında haqqımda ardıcıl olaraq çirkin məlumatlar yer alırdı. Məsələnin şəxsi olmasını və dəyərli mətbuat nümayəndələrinin israrlı istəklərini nəzərə alaraq, mövzuya münasibət bildirmək istəyirəm. Təqribən, yarım il ərzində prodüser Tolik tam səbəbsiz və əsassız olaraq ünvanıma xoşagəlməz fikirlər bildirirdi. Məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb hərəkətlərini izah etməsini istədim. Məlum oldu ki, Tolik bu hərəkətləri ətrafında dolaşan bədxahların yalan sözlərinə inanaraq, onların təhriki nəticəsində edib. Bu həqiqət ortaya çıxdıqdan sonra Tolik etdiklərindən təəssüflənib məndən üzr istədi. Onun bu səmimi, cəsarətli addımını dəyərləndirib üzrxahlığını qəbul etdim və aramızda olan mənasız qarşıdurmaya son qoydum”.

Aytən Sadıqzadə
www.oxu.az