Məşhur model Cindy Crawford-un iki il əvvəl çəkdirdiyi fotoşopsuz şəkli sosial mediada böyük marağa səbəb olub.
Oxu.Az xəbər verir ki, 48 yaşlı məşhur modelin “Marie Claire” və “Mexico” jurnalı üçün verdiyi təbii pozlar böyük diqqət çəkib.
Aprel sayında Cindy Crawford-a yer verəcək olan jurnaldakı şəkillərin orijinal olduğu bildirilib. Dərgidə yer alan fotolar üçün “Gerçək, səmimi və möhtəşəm” sözləri yazılıb.
Qeyd edək ki, iki uşaq anası olan Cindy Crawford 34 yaşında modellikdən uzaqlaşmışdı.
Aytən Sadıqzadə
www.oxu.az