25 yaşlı Melanie Gaydos moda dünyasının ən qeyri-adi modellərindən biridir.
Oxu.Az xəbər verir ki, sahib olduğu genetik xəstəliyi ona şans gətirib. Gaydos ektodermal displazi xəstəsidir (dəri və saç, dırnaqlar, dişlərin inkişaf pozuqluğu ilə özünü göstərən irsi xəstəlik). Gənc qadının bu görünüşü agentliklərin diqqətini çəkincə, o da özünü moda sahəsində tapıb.
İndi Melanie Gaydos məşhur markalar üçün kamera qarşısına keçir. Amerikanın Nyu-York şəhərində yaşayan model alman qrupu Rammstein-in bir klipində yer alaraq medianın diqqətini çəkib.
Aytən Sadıqzadə