Bülent Ersoy ötən həftə Leventdə AVM-lərin birində dünyaca məşhur brendlərin satıldığı mağazada olub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ersoy bəyəndiyi 4 min TL dəyərində bir paltarı almaq istəyib və satıcıdan “44 bədən ölçüsü varmı?” deyə soruşub. Mağazada digər bütün bədən ölçüləri olsa da, 44 bədən ölçüsü olmayıb.
Bülent Ersoy “Bu paltar mənə nəsib olmadısa, heç kimə olmasın” deyərək həmin libasın bütün bədən ölçülərini alıb. Müğənni bunun üçün 16 min TL ödəyib.
Aytən Sadıqzadə
www.oxu.az