“Eurovision 2016” Mahnı Müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Səmra Rəhimliyə qırmızı xalçada evlilik təklifi olunub. Bu barədə müğənni İnstagram hesabında yazıb.
“Mən Dauwe Bobdan evlilik təklifi aldım. Ona “bəli” cavabı verimmi?”, - deyə ifaçı qeyd edib.
Dauwe Bob müsabiqədə Niderlandı təmsil edir.
Qeyd edək ki, “Eurovision 2016”nın birinci yarımfinalı bu gün başlayır. S.Rəhimli ölkəmizi “Miracle” mahnısı ilə təmsil edəcək. Onun bugünkü performansı ilə Azərbaycanın finala keçə bilmək şansı həll olunacaq.