Rumıniyalı müğənni İnna Azərbaycanda konsert proqramı ilə çıxış edəcək.
Bu haqda Oxu.Az-a “High Life Fashion & Model Academy”nin direktoru Aqil Məmiyev məlumat verib. Onun sözlərinə görə, müğənninin Şamaxıdakı otellərdən birində çıxışı ilə əlaqədar “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin də final tarixi dəyişdirilib. Belə ki, 11 iyulda baş tutmalı olan final gecəsi 27 iyula keçirilib.
İnnanın çıxışı isə iyulun 28-nə planlaşdırılıb.
Qeyd edək ki, 27 yaşlı müğənni səhnəyə ilk dəfə “Hot” adlı albomu ilə çıxıb. İnna həmin albomu ilə Rumıniya, Moldova, Bolqarıstan, Polşa, İspaniya, Rusiya, Macarıstan və Yunanıstanın musiqi siyahılarında uzun müddət birinci sırada yer alıb.
Aytən Sadıqzadə
www.oxu.az