29 yaşlı rusiyalı model İrina Şeyklə 40 yaşlı aktyor Bredli Kuperin tətili davam edir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur cütlük bu dəfə Nyu-Cersi çimərliyində görüntülənib. Onların yanında Bredli Kuperin anası Qloriya da olub. Kuperin anasının onlarla birlikdə tətilə çıxması bu ilin mayından sevgili olan cütlüyün münasibətlərinin nikah masasına qədər davam etdirməsi ehtimal olunur.