Məşhur aktrisa Jessica Alba haqqında şok iddia qaldırılıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, aktrisanın da ortaq olduğu “The Honest” adlı firma, yuyucu vasitələrin istehsalında zəhərli maddə istifadə etməkdə günahlandırılır.

“The Wall Street” jurnalının xəbərinə görə, Albanın iş qadını olaraq vaxtının böyük bir hissəsini həsr etdiyi firmanın bazara çıxardığı paltaryuyan tozların tərkibində zəhərli maddə olan sodium lauril sulfat (Sodium Lauryl Sulfate-SLS) var. Bu maddənin başda dəri olmaqla, insana müxtəlif cür zərər verdiyi məlumdur.

SLS diş məcunu, şampun və bir çox təmizləyici məhsulların istehsalında istifadə edilir. Təmizləyici və köpükverici maddə olan SLS “orta təhlükəli” kimyəvi maddələrdən sayılır. Eyni zamanda kanserogen maddədir.

Həmin firmanın mətbuatla əlaqəli nümayəndəsi isə bu iddianı yalanlayaraq heç bir məhsulunda bu maddədən istifadə olunmadığını söyləyib.
Qeyd edək ki, Jessica Alba prodüser Cash Warren ilə evlidir və iki uşaq anasıdır.

Xatırladaq ki, 1.7 milyon dollarlıq dəyəri olan “Honets Company” toksiki maddə ehtiva etməyən məhsullar təqdim etmək məqsədi ilə qurulub. Firma bazara çıxardığı müxtəlif təmizləyici məhsullarıyla tanınır.