Xalq artisti Məleykə Əsədova ötən il ona hədiyyə edilən atın fotoşəkillərini sosial şəbəkədə paylaşıb.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, aktrisa həftəsonu qızı Gülərlə birlikdə istirahət edib. O, həmçinin Uğur adlı atıyla çəkilmiş şəkillərini “Instagram”da izləyiciləri ilə bölüşüb.
Xalq artisti “Çoxdandır atımı görmürdüm. Uğurum bizim üçün darıxmışdı”, - deyə şərh bildirib.
Qeyd edək ki, bir müddət əvvəl mediada M.Əsədovaya hədiyyə olunan atın qiymətinin 50 min manat olduğu yazılmışdı.
A.S.
www.oxu.az