Aktrisa Jamie Chung ilə həmkarı Bryan Greenberg Santa-Barbarada evlənib. El capito Canyon-da reallaşan və üç gün davam edən mərasimə cütlüyün ailələri və yaxın dostları qatılıb.
Oxu.Az xəbər verir ki, 32 yaşlı Jamie Chung ilə 37 yaşlı Bryan Greenberg “Already Tomorrow In Hong Kong”, “A Year” və “Change and Flock of Dudes” adlı filmlərdə birlikdə kamera qarşısına keçiblər. Cütlük 2012-ci ildən sevgilidir.
Chung və Greenberg-in toy mərasimi cümə axşamı yeyib-içməklə başlayıb. Ardınca geyim gecəsi təşkil edilib. Bu mərasimdə cütlük “Gələcəyə dönüş” filminin baş qəhrəmanları kimi geyinib.
Bazar gününə qədər davam edən toy mərasimində Jamie Chung nişanlısına “sonsuza qədər bəli” deyərkən Monique Lhuillier dizaynlı gəlinlik geyinib.
Aytən Sadıqzadə
www.oxu.az