Azərbaycanlı məşhur müğənninin qohumu Qərib İsmayılov səfil həyatı yaşayır. Bu barədə ANS-in “Adam içində” verilişində məlumat yayılıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadla məlumatına görə, paytaxtda səfil həyatı yaşayan bu kişi dilənçilikə məşğul deyil. Amma insanların köməyinə ehtiyacı var. “Adam İçində” verilişinin araşdırması nəticəsində onun bir məşhur müğənninin qohumu olduğu üzə çıxıb. Bunu 3 aydır ki, günü çöldə yatmaqla keçən Qərib də təsdiqlədi.
Səfil həyatı yaşayan Qərib İsmayılov həmin müğənninin adını açıqlamasa da, ona ancaq can sağlığı arzuladığını bildirib.
Qərib müğənninin adını açıqlamasa da, bu günə necə düşməsi barədə ətraflı məlumat verdi. Dedi ki, vaxtı ilə evi də olub, normal yaşayış üçün hər şəraiti də.
Vaxtı ilə ailə həyatı qurmayan və bu gün də qohum kimi övlad qayğısından da məhrum olan Qərib İsmayılov barədə daha ətraflı “Adam İçində” verilişi məlumat verəcək.
Eləcə də verilişin növbəti buraxılışlarını izləsəniz bu səfilin hansı məşhur xalq artistinin qohumu olduğunu da biləcəksiniz.