Xalq artistlərinin bitməyən davasına mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də biganə qalmayıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, nazir məsələ ilə bağlı bunları deyib:
“Xalq artisti adını alan şəxslər, bu ada layiq olmağa çalışmalıdır. Bu adın məsuliyyətini daşımalıdırlar. Hesab edirəm ki, cəmiyyətdə tanınan şəxslər aralarındakı məsələləri mətbuat vasitəsi ilə həll etməməlidir. Hər bir problemi öz aralarında çözməlidirlər”.
Nazir mətbuata da səslənib:
“Mətbuat onların narazılıqlarını sensasiya kimi qələmə verməməlidir”.