Oxu.Az “Miss Millenium” model Validə Abbasova ilə eksklüziv müsahibəni təqdim edir:
Biz Validə xanıma onun model karyerası və ya gözəllik sirləri barədə suallar vermək istəmədik. Bütün bunlar artıq dəfələrlə yerli KİV-də dərc edilib.
Bu, gözəl, eyni zamanda çox ağıllı xanımın cəmiyyətimizin bəzi problemləri barədə fikrini, karyera və ailə haqqında düşüncələrini eşitmək çox maraqlıdır.
- Validə xanım, sizin təqdimata ehtiyacınız yoxdur, əminəm ki, oxucularımızın əksəriyyəti sizi çox yaxşı tanıyır. Siz çox gözəl qadınsınız, yerli model biznesinin korifeyisiniz, çoxsaylı müsabiqələrin qalibisiniz. Bəs adi insan kimi Validə Abbasova necədir? Siz xarici görünüşcə çox güclü, amma daxilən incə ruhlu qadın təəssüratı bağışlayırsız. Bir az bu haqda danışın – dəbdəbəli elit xanımı obrazının dərinlikərində necə birisiz?
- Mənim xarakterimə belə dərin baxış üçün təşəkkür edirəm, hər kəs yeddi bağlı qapı arxasında olanları görməyə qadir deyil. Həqiqət məncə insanın qəlbində olur.
Siz tamamilə haqlısız: hisslər mənim üçün dünyanı dərketməyin əsasıdır və onlar ağılla vəhdətdədir. Əqlim ilk baxışda göründüyü kimi o qədər də soyuq deyil. Fikirlərimdə humanist prioritetlərə malikəm, amma lazım gələndə sərt ola bilərəm.
Bu xeyir və şər dünyasında xeyir bəzən özünü müdafiə edərək qalib gəlməlidir. Bir də onu demək istərdim ki, - xeyir bu dünyada ən böyük zinətdir, onu özümüzə nə qədər çox icazə verəriksə, o bir o qədər ali olur.
- Əgər səhv salmıramsa siz mənim erkən nikahlar haqqında məqaləmi bəyənmişdiniz. Bu mənim üçün həqiqətən çox xoş olmuşdu. Bu məsələ ilə bağlı fikirlərinizi bizimlə bölüşərdiniz? Erkən və qan qohumları arasında bağlanan nikahları cəmiyyətimiz üçün təhlükəli hesab edirsinizmi, və sizcə bu məfhumla necə mübarizə aparmaq olar?
- Bəli, belə vacib məsələyə toxunan məqaləni çox bəyəndim. Təəssüf ki, bizim jurnalistlərimiz arasında problemi belə intiligent və eyni zamanda kompromissiz şəkildə işıqlandırmağı bacaran peşəkarlar azdır.
Təbii ki, mən hesab edirəm ki, müasir cəmiyyətdə erkən nikahlar yolverilməzdir. İnsan ən azından yaxşı, tam təhsil almalıdır. Ümumiyyətlə, hesab edirəm ki, qadın mütləq təhsil almalıdır, əgər hətta gələcəkdə işləməyəcəksə.
Onun əsas missiyası uşaqları tərbiyə etmək olacaqsa bu özlüyündə yüksək bilik səviyyəsi tələb edən missiyadır. Tarix, ədəbiyyat, dəqiq elmlər – övladın ilk müəllimi ana olmalıdır. Əks halda qadın sadəcə istismar edilən elementə çevrilir, bu isə normal inkişaf etmiş cəmiyyətdə icazə verilməyən bir haldır. İstəməzdim ki, bu iki problem cəmiyyətimiz üçün aktual olsun.
- Zəhmət olmasa kişi və qadın münasibətlərinə, ailə dəyərlərinə baxışlarınızı bizimlə bölüşün. Azərbaycanda hələ də ənənəvi sayılan ailə modeli (kişi işləyir, qadın isə oturub təsərrüfat işləri ilə məşğul olur) müasir şərtlərdə bizim günlərdə aktualdır?
- Baxmayaraq ki, mənim fikirlərim çox proqressivdir, idealda – mən qadının ölçülü fəallığının tərəfdarıyam. Demək istəyirəm ki, qadının ictimai mənada işləmədiyi ailə - Avropa sosiumunun təminatlı təbəqəsində yayılmış anlayışdır, ona görə də bizim bu qədim ənənəmizi proqressiv hesab etmək olar, amma təkrar edim ki, əgər qadın ali təhsilli və ailədə bərabər statusa malikdirsə.
Eləcə də hesab edirəm ki, əgər qadının zamanı və həvəsi varsa biznesdə, yaradıcılıqda, müxtəlif sahələrdə özünü realizə etmə imkanına malik olmalıdır, amma yaxşı olardı ki, onun fəaliyyəti güclü cins tərəfindən dəstəklənsin.
Axı bu kişilərin dünyasıdı, və bunun belə olmasında pis heç nə yoxdu. Sadəcə bunu yalnız qadınlar deyil, eləcə kişilər də unutmamalıdırlar. Qadınlara yardım edərkən, kişilər ilk növbədə özləri üçün yaranacaq problemlərin qarşısını alırlar (gülür).
- Əvvəlki müsahibələrinizdən başa düşdüm ki, siz şəxsi həyat haqqında sualları sevmirsiz, xüsusilə də qızınız haqqında verilən sualları. Bu reaksiya nə ilə bağlıdır? Keçmişdə xoşagəlməz hadisələrin baş verməsi ilə?
- Çox diqqətlisiz, təşəkkür edirəm. Mən həqiqətən mənim üçün müqəddəs olan anlayışlar haqqında danışmağı sevmirəm. Mən özüm haqqında çox açıq-aydın danışa bilərəm, və mənə elə gəlir ki, bu, yetərlidir.
- Siz sadəcə gözəl deyilsiz, həm də çox ağıllı qadınsınız, çoxlarının fikrincə isə bu anlayışlar ziddir. Bu streotip sizi qıcıqlandırmır ki? Ümumiyyətlə, siz onunla tez-tez rastlaşırsız?
- Məni ümumiyyətlə, çox az şey qıcıqlandırır. Demək olar ki, üzlülük və axmaqlıqdan başqa heç nə. Haqqımda səhv düşüncələr məni çox az narahat edir. Mən, əlbəttə, istərdim ki, insanlar mənim xarici görünüşümdən başqa, həm də məharətlərimi də görərdilər. Amma hər cəmiyyətdə bunu ağıllı, pozitiv qəbul etmirlər.
Sizə, məni təəccübləndirən və şənləndirən bir misal çəkim. Məşhur tarixi şəxsiyyət, proqressiv insan I Pyotrun sözləri: “İşçi müdir yanında bir az yazıq və axmaqcasına görünməlidir! Öz ağlı ilə onu pərt etməsin deyə”.
Hərdən bu ifadəni xatırlayanda müdiriyyətimin olmadığına sevinirəm. Çünki axmaq təbiri etmək mənə çox çətin olardı. Adətən görüşdüyüm insanlar qarşılarında aysberqin olduğunu tez başa düşürlər. Ağıllı, özünə inanan insanlarda bu, maraq doğurur, yeri gəlmişkən deyim ki, qarşılıqlı maraq. Digərlərində əsəbilik yaradır. Ağlı kəm insanların düşüncələri səthidir - ən yaxşısı onlara fikir verməməkdir.
- Bizim ölkədə artıq kök salmış mentalitet anlayışı var. Onu necə qiymətləndirirsiz? Sizcə bu, köhnəlmiş fikir və anlayışlar toplusudur, və yaxud da rəhbər tutmalı olan həqiqi dəyərdir? Mən nə vaxtsa bu mentalitetin çox taleləri məhv etdiyi barədə yazmışdım. Bununla razısız?
- Mən mentalitet sözünü sevmirəm. Məlumdur ki, bu termini ilkin olaraq fransız filosofu və antropoloqu Levi-Bryul öz əsərlərində ibtidai və müasir insani təfəkkürünü müqayisə zamanı vəhşi tayfalara aid edərək işlədib. Mənə digər bir ifadə - “milli xarakter” daha yaxın və anlayışlıdır.
Məişət səviyyəsi ilə assosiasiya edilən və ənənəvi dəyərləri möhkəmləndirməkdən daha çox absurd problemlər meydana çıxaran “mentalitet”dən fərqli olan bu ifadədə ruhun və təfəkkürün gücü hiss edilir, bura eləcə də daha yüksək anlayışda mənəviyyat, ənənələr daxildir.
- Mənim balaca qızım sizin şəkillərinizdən riqqətə gəlir və sizə oxşamağı arzulayır. Əminəm ki, o, tək deyil. Siz zəriflik və gözəllik nümunəsi olduğunuz qızlara və yeniyetmələrə nə məsləhət görərdiniz?
- Qəlbən şadam ki, mənim obrazım kimə isə xoş gəlir, xüsusilə də fikirləri təmiz olanlara. Mən heç bir məsləhət vermək istəmirəm, sadəcə gözəlliyə can atmalarını arzu edirəm. Həm davranışlarında, həm işlərində, həm də hisslərində - bu, həyatda ən doğru istiqamət olacaq.
Çox sağ olun.
Aliyə İsmayılzadə
www.oxu.az