“X-Men: Apocalypse”nin davamı olaraq gələn il yayılmağa başlanması planlaşdırılan filminin heyətinə Olivia Munn da qatılıb.
Oxu.Az xəbər verir ki, Olivia Munn “The Newsroom” serialında canlandırdığı jurnalist roluyla tanınır.
Məşhur aktrisanın filmdə rol alacağı müjdəsini rejissor Bryan Singer Twitter hesabından bildirib.
Munn filmdə iki obraza birdən həyat verəcək.
Qeyd edək ki, “X Men: Apocalypse”nin aktyorları arasında Oskarlı gənc aktrisa Jennifer Lawrence, Michael Fassbender, Rose Byrne, James McAvoy, Sophie Turner və Nicholas Hoult iştirak edir.
Aytən Sadıqzadə