Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub müayinə üçün yenidən Almaniyaya gedəcək.
Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a Zəlimxan Yaqub özü deyib.
O bildirib ki, daim həkim nəzarətində olur: “Günüm həkimdə keçir. Səhərdən həkimdəyəm, indi çıxmışam. Səsimin belə asta gəlməsindən qorxmayın. Həkimdə olduğum günlərdə səsim belə olur”.
Z. Yaqub fevralın 27-də yenidən müayinə almaq üçün Almaniyaya gedəcəyini söyləyib.
Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub böyrək xəstəliyindən əziyyət çəkir.