Avq
2018
20:11
83
707
49018
Virtual karabakh

Anar Nağılbaz vəfat etdi - YENİLƏNİB

4 Avq, 2018
20:11
49018

Anar Nağılbaz vəfat etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva Oxu.Az-a açıqlamasında məsələni təsdiqləyib:

“Bəli, oğlum rəhmətə gedib. Hazırda yuyurlar. Danışa bilmirəm”.

20:06

Sosial şəbəkələrdə reper Anar Nağılbazın ölüm xəbəri yayılıb.

Belə ki, bu barədə Nazpəri Dostəliyevanın eks-prodüseri Mika Hüseyn yazıb. O, video paylaşaraq Nağılbazın 5 dəqiqə öncə keçindiyini qeyd edib.

Oxu.Az məsələ ilə bağlı müğənninin yaxın dostu və müğənni Tafurla əlaqə saxlayıb. 

İfaçı açıqlaması zamanı məlumatı təkzib:

“Mən nə vaxt Anarı aparıb basdırsam o zaman öldüyünü deyərəm. Belə bir şey yoxdur. Olsa, atası deputat olub, çıxıb açıqlama verər, anası jurnalistlərə danışar”.

Qeyd edək ki, reperin uzun müddətdir səhhətində problem olması, onun ölümünə inanların sayını artırıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri