Rəqqasə Fatimə Fətəliyeva avtomobilinin qiyməti barədə danışıb.
Axşam.az xəbər verir ki, verilişlərin birində sənətçiyə avtomobilinin qiyməti ilə bağlı ünvanlanan sualı cavablandırıb.
“Kasıbın olanından. Cavanşir müəllim (Əməkdar artist Cavanşir Məmmədov - red.) kimi 18 maşınım yoxdur. Bir maşınımı yandırdım, bütün gözlər onla getdi. Maşını pis sürürəm, baxmıram. Günü-gündən qiyməti düşür. 56 min dollara almışdım. İndi 22 min dollara onu alsalar, şükür edərəm”, - deyə Fatimə söyləyib.
Verilişdə yer alan Əməkdar artist Cavanşir Məmmədov ona “Mən də maşında xeyli ziyan etmişəm. Maşının pisi yoxdur, ona baxmaq lazımdır. Evi gündə təmizləməyəndə necə toz olur, o da elə. Kişini yaxşı saxlayar yaxşı arvad, at və bir balaca pul. Çox olanda cızığından çıxır: ikinci, üçüncü maşın alır”, - cavabını verib.
Rəylər