28 
İyl
2015
09:48
70
171
9504
Virtual karabakh

Ədalət Şükürov xalq artisti oldu – FOTO

28 İyl, 2015
09:48
9504

Ədalət Şükürov xalq artisti oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu münasibətlə sənətçiyə şəhərin ətrafında 10 sot torpaq sahəsi ayrılıb.

Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalət Şükürov Dağıstanda xalq artisti adına layiq görülüb. 

Oxu.Az-ın məlumatına görə, day.az-a danışan sənətçi deyib ki, dünən böyük təqdimatla şəxsən Dağıstanın prezidenti Ramazan Abdulatipov tərəfindən təltiflənib. Bundan başqa, ona “Dağıstanda xidmətlərinə görə” medalı da təqdim olunub.

Bu hadisə Dağıstan Respublikasının konstitusiyası gününə təsadüf edib.

Sənətçi onu da əlavə edib ki, 2000-ci ildən etibarən mütəmadi olaraq bu ölkənin əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında Dərbəndin ad günü, “Gənclər Günü”, Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var.

Dağıstan hökuməti “Xalq artisti” adına görə sənətçiyə 4500 rubl aylıq müavinət, Mahaçqala şəhərinin ətrafında 10 sot torpaq sahəsi ayırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri