Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tom Kruz 30 illik mübarizədə Bred Pitə uduzmasından məyus olub - Ciddi araşdırmalara başladı
Amerikalı aktyor Tom Kruz yaş dəyişiklikləri səbəbindən üzünün "dələ üzü" kimi göründüyünü, "əbədi gənclik uğrunda döyüşdə" Hollivudun digər ulduzu Bred Pittə məğlub olduğunu düşünür.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Radar Online" öz mənbələrinə istinadla xəbər yayıb.
Məsələni gündəmə gətirən hadisə isə Superkubok üçün yayımlanan reklam olub. Videoda Bred Pitt amerikalıları birliyə çağırıb. Tamaşaçılar 61 yaşlı aktyorun təravətli və gənc görünüşünə heyran qalıblar. Halbuki 62 yaşlı Tom Kruz eyni effekti yarada bilməyib.
Mənbə bu vəziyyətin Kruzu özündən çıxardığını vurğulayıb.
"Bu, onu çox sarsıtdı, çünki o, bu günə dəlicəsinə hazırlaşırdı və Bredlə üz-üzə gələcəyini bilirdi. Onu ən çox narahat edən isə Pittin nədənsə yaşlanmağı daha yaxşı bacarmasıdır. Tom öz üzünün dələ sifəti kimi göründüyünü düşünür", - deyə mənbə bildirib.
Məlumata görə, Kruz Pittin gənclik sirrini öyrənmək üçün ciddi araşdırmalar aparır, onu üstələmək və vəziyyəti dəyişmək üçün əlindən gələni edir.
O da qeyd olunur ki, iki aktyor arasında rəqabət artıq 30 ildən çoxdur davam edir.