Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səudiyyə Ərəbistanı təsdiqlədi: ABŞ-Ukrayna görüşü Ciddədə baş tutacaq
ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna münaqişəsi üzrə görüş gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə krallığın Xarici İşlər Nazirliyi "X" hesabında məlumat verib.
"Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı adından ABŞ və Ukrayna arasında planlaşdırılan görüşün keçirilməsini alqışlayır", - deyə nazirliyin paylaşımında bildirilib.
Qeyd edək ki, martın 6-da ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff görüşün gələn həftə baş tutacağını və görüş iştirakçılarının diqqətlərini ilkin atəşkəsin əldə edilməsinə nail olmaq və Rusiya ilə Ukrayna arasında sülh sazişinin təməlinin qoyulmasına yönəldəcəklərini bildirmişdi.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də təxminən 40 il əvvəl həbsxanadan qaçan cinayətkar saxlanılıb
- ABŞ-də Avropanı "təsəlli edəcək" mümkün liderin adı açıqlandı
- Pakistan "Taliban"ı ABŞ silahlarından istifadə etməkdə ittiham edir
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- ABŞ-nin maliyyə naziri: "İran iqtisadiyyatını çökdürəcəyik"