Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kolumbiyanın qərbində cinayətkarlar 29 polis əməkdaşını oğurlayıblar
Kolumbiyanın qərbində iğtişaşlar zamanı cinayətkarlar hüquq-mühafizə orqanının 29 əməkdaşını oğurlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Blu Radio" məlumat yayıb.
"İğtişaşlar zamanı polis və hərbçilərə vəhşicəsinə hücum edilib. 29 asayiş keşikçisinin oğurlandığı bildirilir", - məlumatda qeyd olub.
Qarşıdurma zamanı hücum edənlər iki rəsmi avtomobili də yandırıblar.
Ölkənin müdafiə naziri Pedro Sançesin sözlərinə görə, cinayətləri Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvləri törədib.
"Kolumbiya" teqi üzrə xəbərlər
- Keçmiş olimpiyaçı narkotik ticarətinə görə FTB-nin siyahısına düşdü
- Kolumbiyada avtomobil qəzası: Çox sayda əsgər ölüb, yaralananlar var
- Kolumbiyada siyasi böhran: Prezident nazirlərin hamısını istefaya göndərir?
- Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar
- ABŞ-yə etiraz Kolumbiyaya baha başa gəldi
Ən çox oxunanlar