Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də Baydenin Ukraynaya nüvə silahı verməkdə əsl məqsədi açıqlandı
"ABŞ Prezidenti Co Baydenin Ukraynaya nüvə silahı verməsi konstitusiyaya ziddir və bu qərar dövlətə xəyanətə bərabərdir".
Oxu.Az-ın məlumatına görə, bu barədə konqresmen Marcori Teylor-Qrin özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun fikrincə, Ağ Evin hakimiyyətdən getməkdə olan başçısı bu yolla seçkidə qalib gəlmiş respublikaçı Donald Trampa hakimiyyətin verilməsini dayandırmaq, yaxud pozmaq üçün nüvə müharibəsi başlatmaq istəyir.
"Bu, dəlilikdir və tamamilə konstitusiyaya ziddir, bu, dövlətə xəyanət aktı ola bilər", - deyə Teylor-Qrin müqayisə edib.
Teylor Qrinin bu reaksiyası biznesmen Mario Naufalın "X" sosial şəbəkəsindəki paylaşımına cavab olub. O da ABŞ hakimiyyətinin Baydenin getməsindən əvvəl Ukraynaya nüvə silahı verməsi barədə mümkün qərarı haqqında danışıb və bunu "misli görünməmiş eskalasiya"ya doğru növbəti addım adlandırıb.
"Söhbət Ukraynaya yardımdan gedir, yoxsa daha böyük bir şeydən?" - deyə sahibkar sual edib.
Qeyd edək ki, "New York Times" bir müddət əvvəl Ukraynaya nüvə silahlarının qaytarılması ilə bağlı müzakirələr haqqında məlumat verib. Mənbənin sözlərinə görə, ABŞ və Avropanın bəzi rəsmiləri bunu təhlükəsizlik zəmanəti kimi ciddi şəkildə nəzərdən keçirirlər. Bəziləri hətta Baydenin SSRİ dağıldıqdan sonra götürülmüş nüvə silahlarını Kiyevə qaytara biləcəyini xəbər veriblər.
"ABŞ-nin Ukraynaya silah yardımı" teqi üzrə xəbərlər
- ABŞ-də FTB rəhbəri vəzifəsinə namizəd Keş Patel Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır
- Tramp Ukraynaya hərbi yardımı yenidən nəzərdən keçirir: İnaqurasiyadan sonra Kiyevi nə gözləyir?
- Zelenski: "ABŞ kömək etməyi dayandırarsa, müharibəni uduzacağıq"
- İqor Korotçenko Rusiyanın nüvə cavabından danışdı: "Xəbərdarlıq olmayacaq"
- KİV Ukraynanın sərəncamında olan ATACMS raketlərinin mümkün sayını açıqlayıb