Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ dövlət katibi Nizamidən yazdı, azərbaycanlıları qıcıqlandırdı - QALMAQAL
ABŞ dövlət katibi Maykl Pompeo İran xalqını qış gün dönümü (Günəşin göy ekvatorunun ən uzaq ekliptika nöqtəsindən keçməsi vaxtı; bu hadisə ildə iki dəfə olur: yayda iyunun 22-də və qışda dekabrın 22-də) münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, öz “Twitter” hesabına yerləşdirdiyi təbrik icmarıcında Pompeo azərbaycanlıları qıcıqlandıracaq ifadə işlədib.
ABŞ dövlət katibi Azərbaycanın dahi klassik şairi olan Nizami Gəncəvini “Fars şairi” kimi qələmə verib.
Həmin ismarıcda deyilir:
“Məğrur İran xalqı bu gün ən uzun gecəni, nurun zülmət üzərindəki qələbəsini qeyd edir. Onlara tərəqqi və azadlıq arzu edirəm...Fars şairi Nizami dediyi kimi, ümidsizlikdə belə bir ümid var, ən qaranlıq gecədən sonra belə gün çıxır. Bayramınız mübarək!”
As the proud people of #Iran celebrate the longest night of the year & the victory of light over darkness, I wish for them prosperity and freedom. As the Persian poet Nezami said, “even in hopelessness there is hope; at the end of a dark night there is light.” Happy #Yalda!
— Secretary Pompeo (@SecPompeo) 21 December 2018
Amerikalı dövlət katibinin bu “tviti” sosial şəbəkələrin Azərbaycan seqmentində böyük rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri Nizami Gəncəvinin azərbaycanlı olmasına dair arqumentlər gətirərək, Pompeonu sərt tənqid atəşinə tutub.
Qeyd edək ki, Nizami Gəncəvi dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiridir. Qədim Gəncədə dünyaya göz açan Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən hesab olunur.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"