Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ Qrenlandiyadan Rusiyaya qarşı istifadə etmək istəyir
ABŞ Rusiyaya daha yaxın ərazidə raketlər və digər silahlar yerləşdirmək üçün Qrenlandiyadan istifadə edə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə keçmiş amerikalı hərbçi Brayan Berletiç sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunun artırılması Pentaqona Rusiyanın Arktik dəniz marşrutlarına mümkün müdaxiləsi üçün əlavə imkanlar verəcək.
"Bu, Alyaskanın şərqdə ABŞ-yə verdiyi dəstəyə əlavə olaraq, Qərb istiqamətində bir yardımçı variantdır", - deyə keçmiş ABŞ zabiti yazıb.
ABŞ Qrenlandiyadan Rusiyaya qarşı istifadə etmək istəyir

"Qrenlandiya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar