Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sülhlə bağlı neçə maddə razılaşdırılıb? - Paşinyanın mətbuat katibindən mühüm açıqlama
Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi ilə bağlı müzakirə olunan 17 maddədən 15-i razılaşdırılıb. Qalan 2 maddədə də ortaq məxrəcə gəlmək üçün qarşı tərəfin icra edəcəyi proseslər var.
Oxu.Az xəbər verir ki, birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik olunmalıdır. Çünki həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır, Qarabağ muxtar vilayət kimi Ermənistanın bir hissəsi olaraq göstərilir. Azərbaycanın digər şərti isə ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir.
Görünür, bu məsələdə razılaşmanın əldə edilməsi ehtimalı artıb. Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. Bu barədə Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. O bildirib ki, Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi üçün müraciət etmək imkanını nəzərdən keçirir.
Siyasi şərhçi İlyas Hüseynovun sözlərinə görə, Ermənistan tərəfi yaxşı anlayır ki, burada havadarlara güvənmək tamamilə yolverilməzdir və regionda sülhün heç bir alternativi yoxdur: "Ümid edirəm ki, Azərbaycanın tələbləri tez bir zamanda icra olunacaq, İrəvan tərəfindən ictimaiyyəti çaşdıran çıxışlar görməyəcəyik və Minsk Qrupunun buraxılması ilə bağlı qətiyyətli addımlar atılacaq".
Ətraflı Baku TV-nin süjetində:
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Paşinyan yenə sərsəmlədi: "Bu, Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər"
- Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI
- 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq?
- Yaşar Gülər: "Qafqazda sabitlik Bakı ilə İrəvanın sülh sazişini imzalamasından keçir"
- XİN başçısı: "Ermənistandan qətiyyətli addımlar gözləyirik"