Türkiyəyə məxsus ərazilərə Ermənistanın iddiaları rəsmi İrəvanın da üzv olduğu BMT və ATƏT kimi beynəlxalq təşkilatların prinsiplərinə ziddir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatında bildirilir, Trend yazır.
Türkiyə XİN-in məlumatında bildirilir ki, Ermənistan hökumətində bu səviyyədə vəzifə daşıyan rəsmi şəxslərin belə bəyanatları, sadəcə, qeyri-ciddilikdir.
Məlumatda bildirilir:
“Hamı aydın şəkildə anlamalıdır ki, heç kəs Türkiyədən torpaq tələb edə bilməz”.
Qeyd edək ki, iyul ayının 5-də İrəvanda keçirilən dünya erməniləri hüquqşünaslarının forumunda Ermənistanın Baş prokuroru Aqvan Ovsepyan bəyan edib ki, Ermənistan Türkiyədə olan itirilmiş ərazilərini geri qaytarmalıdır.