Azərbaycanda ilin ən “bahalı” qəzalarından biri baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Bakı şəhərinin mərkəzində 10 HS 100 dövlət nömrə nişanlı “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil qəzaya uğrayıb.
Metronun “İçərişəhər” stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobil taksi ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.
Məlumata görə, şəhərin mərkəzində “Rolls Royce Phantom 6,7 AT” markalı maşın müğənni Cavanşir Məmmədova məxsusdur.
Qeyd edək ki, Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili 2011-ci ilin aprelində 960 000 avroya alıb. Həmin maşın alınan vaxt müğənninin kolleksiyasındakı 50-ci maşın idi.