Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəsmi orqanı Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamə dərc edib.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, sənədi imzalayan deputatlar Böyük Britaniya, Finlandiya, Belçika, İtaliya, İspaniya, Polşa, İrlandiya və Bolqarıstanı təmsil edirlər. Ən maraqlısı isə odur ki, onların arasında islam dininə etiqad edən deputat yoxdur.
Beləliklə, bu dəfə ermənilər onlara qarşı dini prinsip üzrə vahid cəbhə ilə mübarizə aparıldığı barədə danışa bilməyəcəklər.
Qeyd edək ki, qətnamənin qəbuluna Ermənistanın 16 may 2013-cü ildən AŞPA Nazilər komitəsinə sədrliyinin məqsədəuyğunluğu səbəb olub.
Deputatlar bildirirlər ki, “Nazirlər komitəsinin qarşıdakı sədrlik çərçivəsində Ermənistana mövcud mövqeyini dəyişməyi təklif etməsi və təcavüzkar dövlət kimi Ermənistanın mövqeyinin neytrallaşmasına yönəlmiş təcili addımların atılmasını təmin etmək tələbi ilə rəsmi İrəvana mümkün təzyiq göstərilməsinə” diqqət yetirirlər.
Qətnamənin tam mətni ilə aşağıdakı keçiddə tanış olmaq olar: http://assembly.coe.int/ASP/XRef/X2H-DW-XSL.asp?fileid=19745&lang=EN