Potsdamda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilir.
Oxu.Az xəbər verir ki, görüşü ATƏT-in hazırkı sədri Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer açıb.
Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun da iştirak etdiyi iclasın gedişatında ATƏT regionunda təhlükəsizlik məsələləri, ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, böhranların və dondurulmuş münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə ediləcək.
N.O.
www.oxu.az