Azərbaycan Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə fəxri ölkə seçilib.
Oxu.Az bildirir ki, Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Səfirin sözlərinə görə, Azərbaycan Laraş şəhərində təşkil olunmuş Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə iştirak edib.
"Səfirliyin müvəqqəti işlər vəkili Tural Rəsulov Azərbaycan ilə Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin mükəmməlliyini, həmçinin xalqların yaxınlaşmasında, beynəlxalq mübadilələrin inkişafında diasporların əsas rolunu vurğulayıb" , - deyə paylaşımda vurğulanıb.