Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Özbəkistanın 2 vətəndaşını qarşı tərəfə təhvil verib
Azərbcaycan Baş Prokurorluğunun Özbəkistan Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı uğurla davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat verib.
Bildirilib ki, Özbəkistan Respublikasının vətəndaşları 1979-cu il təvəllüdlü İlxom Xurramoviç Boyturayevin və 1986-cı il təvəllüdlü Farxodcon Axrorconoviç Abdullayevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün təhvil verilmələrinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş İ.X.Boyturayev 29.08.2024-cü il tarixində və F.A.Abdullayev 01.09.2024-cü il tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil veriliblər.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Plastik cərrahlara daha bir XƏBƏRDARLIQ
- Baş Prokurorluq təyyarə qəzası ilə bağlı məlumat yaydı - Xəbərlərin 20:00 buraxılışı
- Baş Prokurorluqdan təyyarə qəzasının istintaqı ilə bağlı AÇIQLAMA
- Vəzifəli şəxs qanunsuz yollarla vətəndaşların pulunu mənimsəyib
- Hərbi cinayətkar Ruben Vardanyanın məhkəməsi başlayır