Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Səudiyyəyə minatəmizləmədə göstərdiyi maddi dəstəyə görə minnətdarlıq edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Nazirlər iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.
Nazirlər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildiriblər.
C.Bayramov post-münaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla çirklənmənin mümkün mənfi təsirlərinin aradan qaldırılması və ölkəmizin minatəmizləmə fəaliyyəti istiqamətində göstərilən 3 milyon ABŞ dolları məbləğində dəstəyə görə minnətdarlıq bildirib.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək bayramın sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı BƏƏ ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər, eləcə də onların möhkəmləndirilməsi yolları müzakirə edilib.
Həmçinin Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar iqlim sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.
BƏƏ Xarici İşlər Nazirliyi bu mühüm qlobal tədbirə uğurla ev sahibliyi etməsi üçün Azərbaycana ən xoş arzularını bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri, Cənubi Qafqaz regionunda sabitlik və sülhün əsaslarının möhkəmləndirilməsi istiqamətində səyləri dəstəkləmək yollarını nəzərdən keçiriblər.
"COP29" teqi üzrə xəbərlər
- İlham Əliyev surinamlı həmkarına məktub göndərib
- Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib
- Sahibə Qafarova: "COP29-un iqlim dəyişmələri probleminə verdiyi töhfələr hələ çox danışılacaq"
- Regionda vençur kapitalı və innovasiyaların inkişafı üçün yeni dövr
- Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı