Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşıb edib:
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq".
Xatırladaq ki, Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 622-yə çatıb, 1 500-dən çox insanın isə yaralandığı qeyd edilir.
We are deeply saddened by the news of the devastating earthquake in #Afghanistan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 1, 2025
We extend our heartfelt condolences to the families of the victims and wish a speedy recovery to all those injured.
Our thoughts and prayers are with the people of Afghanistan during this…